Şeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər (s) bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə […]